İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Hazırda oxunan: İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ
602417
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, Şavkat Mirziyoyev dövlətimizin başçısını və qardaş Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza ən xoş arzularını çatdırıb.
 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirərək, öz növbəsində Şavkat Mirziyoyevi və qardaş özbək xalqını bayramlar münasibətilə təbrik edib, Özbəkistana gələcəkdə də firavanlıq və rifah arzulayıb.


Telefon söhbəti zamanı, həmçinin Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq bildirilib.

Azərbaycan və Özbəkistan prezidentləri Yaxın Şərqdəki mövcud vəziyyətdən narahatlıqlarını ifadə edib, gərginliyin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Telefon danışığı əsnasında, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə və gələcək təmaslara dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO