İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO

İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO
598283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verib.

Bildirilib ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır.
 

Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə - 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə - 533 nəfərin qayıtması planlaşdırılır.


Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 1
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 2
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 3
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 4
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 5
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 6
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 7
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 8
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 9
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 10
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 11
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 12
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 13
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 14
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 15
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 16
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 17
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 18
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 19
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 20
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 21
İlham Əliyev Xocavənd kəndində - FOTO/VİDEO - foto 22

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO