Radmila Şekerinska Azərbaycana gəldi

Radmila Şekerinska Azərbaycana gəldi

Hazırda oxunan: Radmila Şekerinska Azərbaycana gəldi
592041
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

NATO-nun Baş katibinin müavini Radmila Şekerinska Azərbaycana səfər edib.

Bizim.Media xəbər verir ki, səfər proqramı çərçivəsində Şekerinska ADA Universitetini ziyarət edib və universitetin prorektoru, eyni zamanda Milli Məclisin deputatı Fariz İsmayılzadə ilə görüşüb.

Baş katibin müavini həmçinin universitetin müəllim heyəti və tələbələri ilə görüşərək NATO və onun əsas vəzifələri, alyansın sülh və təhlükəsizliyin təmin olunmasındakı rolu, eləcə də sülh naminə tərəfdaşlıq çərçivəsində Azərbaycan–NATO əməkdaşlığı barədə səmərəli müzakirələr aparıb.

Görüşdə Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında fəal və etibarlı tərəfdaş kimi töhfələri, o cümlədən Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının (RSM) son mərhələsində müttəfiq qüvvələrin təhlükəsiz təxliyəsinin təmin edilməsində göstərdiyi mühüm dəstək, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr diqqətə çatdırılıb.

Fariz İsmayılzadə Baş katibin müavinini universitetin təhsil proqramları və fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və təhsilin inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumatlandırıb.

Şekerinska, həmçinin universitetin müasir kampusu və infrastrukturu ilə tanış olmaq üçün ADA Universitetini gəzib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO