YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO

YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO

Hazırda oxunan: YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO
577397
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Facebook" hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb.

Bizim.Media “Yeni Sabah.az”a istinadən xəbər verir ki, “Əli Kərimli son bir ildə dünya mətbuatında zəfər yürüşündədir” adlı məqalədə partiya sədri haqda çoxsaylı təriflərə yer verilib.

Məsələn “Böyük təfəkkürü, dərin düşüncəsi, tükənməz enerjisi, dəmir iradəsi ilə demokratiya uğrunda döyüşən lider kimi tanınmış Əli Kərimlinin daha böyük uğurları hələ qabaqdadır” kimi mübaliğələrdən istifadə olunub.

Yazı “son dərəcə ağır şəraitdə parlaq mübarizə tarixi yaratmış Əli Kərimli fenomeni budur!” fikri ilə başa çatır.  
 

Maraqlı olan AXCP sədri haqda məqalənin yazılması və ya sosial şəbəkədə paylaşımı deyil, Yeni Azərbaycan Partiyasının üzvü, YAP xətti ilə 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin bu paylaşıma reaksiyasıdır. Belə ki, deputat F. Qəhrəmanlının Ə. Kərimli ilə bağlı paylaşımını bəyənib və bu izləyicilərdə təəccüb yaradıb.


Həmin görüntünü təqdim edirik:

YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO