İrandan Xankəndiyə SAXTA BABALAR gəlib - TƏFƏRRÜAT

İrandan Xankəndiyə SAXTA BABALAR gəlib - TƏFƏRRÜAT

Hazırda oxunan: İrandan Xankəndiyə SAXTA BABALAR gəlib - TƏFƏRRÜAT

52844

Yeni il qabağı İran Ermənistanın əlini yenə buraxmayıb. Bu dəfə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək idmançılarını Qarabağa göndərib. Baxmayaraq ki, rəsmi Tehran Azərbaycanla münasibətləri müsbət tempdə saxlamaqda maraqlı olduğunu deyir.

Amma Ermənistana olan sevgi-məhəbbəti beynəlxalq hüquq normalarını tapdamağa belə, bu ölkəni sövq etdirə bilir.

Erməni mətbuatında yayılan son informasiyaya görə, bu gün - dekabrın 28-də Xankəndidə MMA turniri təşkil olunacaq. Qondarma rejim tərəfindən təşkil olunan turnirdə Ermənistan idmançıları istisna olmaqla, yalnız iranlı döyüşçülər təmsil olunacaq.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən addımı İranın ermənilərə olan simpatiyasının göstəricisi kimi şərh edib:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı deputat Azərbaycan qanunlarını pozaraq Xankəndidə şaxtababalıq etdi – FOTO


“İran ermənilərə məhəbbətini gizlətməyə heç bir zaman ehtiyac duymayıb. İran rəsmiləri açıq şəkildə ermənilərlə bir millət, iki dövlət olduqlarını da dəfələrlə qeyd ediblər. Azərbaycana İranın xarici işlər naziri səfər etdiyi vaxtda, iranlı parlamentarilər Ermənistana getmişdilər. Onların Ermənistanla qardaşlıq hissləri var, bu səbəbdən də, iranlı idmançılar sözügedən turnirdə iştirak edəcəklər”.

Millət vəkili İran idmançılarının Azərbaycan ərazilərinə qanunsuz səfərinin, rəsmi Bakı üçün müəyyən imkanlar yaradacağına da diqqət çəkib:

“Bilirsiniz ki, onlar Xankəndinə avtomobil yolu ilə gələcəklərsə, bizim faktiki nəzarətimiz olmayan Laçın dəhlizindən istifadə edəcəklər. Bütün bu cür hallar Azərbaycana imkan yaradacaq ki, biz gələcəkdə Laçın koridorunu nəzarətə götürək. Bu indilik baş verməsə də bu qədər qanun pozuntularının fonunda gec-tez mümkün olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO