"İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimidir" - AŞPA-nın vitse-prezidenti 

Hazırda oxunan: "İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimidir" - AŞPA-nın vitse-prezidenti 

52000

"Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimlərindən biridir".

Bizim.Media xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev İranın xarici işlər naziri ilə görüşdü - YENİLƏNİB


Onun sözlərinə görə, Prezident İlham Əliyev çox çətin geosiyasi şəraitdə Azərbaycanda sabitliyi qoruyub saxladı və möhkəmləndirdi, ölkəni inamla irəli apardı.

“Prezident İlham Əliyev Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığı möhkəmləndirib. Biz Onu Ukraynanın əsl dostu hesab edirik. Çətin anlarda Ukraynaya dostluğuna və dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”, - deyə ukraynalı deputat əlavə edib.

AŞPA-nın vitse-prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO