İlham Əliyevlə Paşinyanın Brüssel görüşü barədə RƏSMİ AÇIQLAMA - VİDEO

İlham Əliyevlə Paşinyanın Brüssel görüşü barədə RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: İlham Əliyevlə Paşinyanın Brüssel görüşü barədə RƏSMİ AÇIQLAMA - VİDEO
50298
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dekabrın 15-də Brüssel şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında Zirvə görüşü keçiriləcək. Həmin görüşdə Prezident İlham Əliyev də iştirak edəcək”.

Bizim.Media xəbər verir ki, bunu AZTV-yə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, orada həm Aİ ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq:

“Eyni zamanda, belə formatlarda bir qayda olaraq çoxsaylı ikitərəfli görüşlər keçirilir. İstisna deyil ki, digər beynəlxalq qurumların rəhbərləri ilə görüşlər olacaq. Həmçinin, Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir.

Son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edirik ki, bu da çox vacib görüşlərdən biridir. Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq”.



Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO