Ərdoğan Azərbaycan səfəri barədə: “Qürur duyuruq”

Hazırda oxunan: Ərdoğan Azərbaycan səfəri barədə: “Qürur duyuruq”

43468

"Əziz qardaşım, Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana bir günlük səfərimizi uğurla başa vurduq. Qardaşım İlham Əliyevlə Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda bir araya gəldik". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırar zaman deyib. 

"Səfər çərçivəsində Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdik. Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işlərini yaxından izlədik. Həmin ərazilərdə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin tikintisi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birgə analiz etmiş olduq. Azərbaycanın nailiyyətlərinə ən az azərbaycanlı qardaşlarımız qədər biz də sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq, - deyə Ərdoğan əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO