Bilal Ərdoğandan Azərbaycanın qələbəsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Bilal Ərdoğandan Azərbaycanın qələbəsi ilə bağlı AÇIQLAMA

43466

Azərbaycan ötən il qazandığı uğurla dünya iqtisadiyyatına təsir edəcək bir bölgəyə çevrilib. Ümid edirik ki, Qarabağda turizm, kənd təsərrüfatı sahəsi inkişaf edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib.

Dünya Etnoidman Konfederasiyasının fəaliyyətindən bəhs edən Bilal Ərdoğan bildirib ki, Türkiyə Prezidentinin təşəbbüsü ilə yaradılan konfederasiya 2022-ci ildə Bakıda, 2023-cü ildə Qırğızıstanda, 2024-cü ildə isə İzmirdə yarışların təşkilini planlayır.

“Biz görürük ki, Qərb mədəniyyəti genişlənərək dünyaya təsir edir. Ancaq hər ölkə mədəniyyətin bir rəngidir. İdmanın növləri çoxdur. Biz öz mədəniyyətimizə xas olan idman növlərini bir məhsul formasında dünya bazarına çıxarsaq uğur qazanmaq şansımız yüksək olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO