Sahibə Qafarova Moldova Parlamentinin sədri ilə görüşdü

Hazırda oxunan: Sahibə Qafarova Moldova Parlamentinin sədri ilə görüşdü

42741

Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüşdə S.Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb. 

O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan müzakirələrin və tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini qeyd edib. 

Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib.  
 

Görüşdə İ.Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib.  


Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO