“İran Qafqazda Hizbullah yaratmaq istəyir” – Mərkəzi Kəşfiyyat İdarəsi

Hazırda oxunan: “İran Qafqazda Hizbullah yaratmaq istəyir” – Mərkəzi Kəşfiyyat İdarəsi

42735

ABŞ-ın nüfuzlu siyasi xəbər saytı olan townhall.com nəşrində İranın Qafqazdakı fəaliyyətlərindən bəhs edən yeni məqalə dərc olunub. İran Qafqazda yeni Hizbullah üslubunda Livan yaratmağa çalışdığının iddia olunduğu məqalə ABŞ kəşfiyyatının keçmiş zabiti Ves Martinin müəllifliyi ilə hazırlanıb. 

İranı bir nömrəli milli terror ixracatçısı adlandıran müəllif, iranın dünyanın hər yerindəki terror fəaliyyətlərindəki roluna diqqət çəkir.
 

Onun fikrincə, Yaxın Şərqdə qeyri-sabitlik yaradan İran bu dəfə də Qafqaz regionunu hədəf alıb. İran Yəməndəki vətəndaş müharibəsinə qarışdığı kimi, Ermənistanın Azərbaycanın ərazilərini qeyri-qanuni şəkildə işğal etməsinə də qarışdığını qeyd edir. 


Müəllif məqalədə 2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyinə və hazırda iki ölkə arasında fikir ayrılıqlarının diplomatik yolla həll etməyə çalışdıqlarına diqqət çəkir.

O, bildirib ki, münaqişənin sona çatması və gələcək əməkdaşlıq amili İran üçün yaxşı nəticələr verməyib. Azərbaycanın Qarabağda əldə etdiyi qələbə İranın Ermənistana yanacaq və silah daşımaları üçün sərbəst çıxış yolunu aradan qaldırıb.
 

"Artıq yüklər Azərbaycan ərazisindən keçməli, yol vergisinə və yoxlamalara tabe olmalıdır. 



İranı qorxudan bir digər amil isə Cənubi Azərbaycanda məskunlaşan 15 milyondan çox (Rəqəm müəllifə məxsusdur – red.) türk əhalisidir".

Müəllifin sözlərinə görə, Azərbaycanlılarla eyni dilini paylaşan bu etnik azlığa Tehrandakı hakimiyyət hər zaman ehtiyatla yanaşıb. Məqalədə etnik ziddiyyətlərin fonunda rəsmi Tehran üçün problemin daha da ağırlaşdığı qeyd olunur. Azərbaycan Türkiyəyə yaxınlaşmaqla yanaşı, İsraillə də əməkdaşlığa başlayıb. İran bilir ki, ordusu İsrailə qarşı quruda, havada və kiber məkanda olduqca zəifdir. Bu səbəblə də, İran Azərbaycan hərbçilərinə İsrail hərbçiləri tərəfindən təlim keçilməsindən də ciddi şəkildə narahatdır. 
 

MÖVZU İLƏ BAĞLI:

İranın İSTERİKASI – “Hərbi təlimlər molla rejiminin psixoloji böhranını göstərir” – DETALLAR


Müəllif İranın Suriyada və Livanda ekstremist ideyalara meylli olan gənc azərbaycanlılara yeni Hizbullah yaratmaq üçün təlimlər keçdiyini bildirir.

Bu arada İranın Azərbaycanda ictimai rəyi pozmaq üçün öz trol ordusunu səfərbər etməsi təəccüblü deyil. Azərbaycan və İsrail arasındakı normal diplomatik, ticarət və təhlükəsizlik əlaqələri İrana anti-sionist kartı üzərindən siyasət aparmaq imkanı verir. Yüzlərlə sosial media kanalı gərginliyi artırarkən, İran hökuməti də ölkənin Azərbaycanla sərhədində hərbi təlimlər keçirməklə vəziyyəti daha da pisləşdirir.

İran Azərbaycanda milli radio stansiyalarını sıradan çıxarmaq və sırf İran təbliğatını yaymaq üçün Cənubi Azərbaycanda radiotezliklərdən fəal şəkildə istifadə edir.
 

Hazırda 10-dan çox İran radio kanalı Azərbaycanın cənubunda talış, fars və azəri ərazilərində fəal şəkildə işləyir. İran bu bölgələrdə Azərbaycan stansiyalarını sıxışdırmaq üçün ən güclü radio ötürücülərini yerləşdirib.


İranyönümlü təbliğatçılar Azərbaycanı şiə dəyərlərinə xəyanət etməkdə və Ayətullah Xameneinin müəyyən etdiyi əsaslardan kənara çıxmaqda ittiham edirlər.

Müəllif İranın son aylardakı çarəsiz manevrlərini əlindəki variantların tükəndiyinə inanan bir ölkənin əlaməti olduğunu qeyd edir. Əgər İran özünü təcriddən çıxarmaq niyyətindədirsə, öz xalqını terror etmək və regionda sabitliyi pozmaq uğur qazanmayacağını öyrənməlidir. Azərbaycanın kosmopolit paytaxtı Bakı birdən-birə cənubdan gətirilən fundamentalist zülmün hökmranlığını qəbul etmək fikrində deyil.
 

Müəllif İran üçün mövcud vəziyyətdən çıxmağın yeganə yolu kimi öz zəhərli oyunlarını dayandırmaq və hərbi nüvə proqramının bütün aspektlərindən imtina etməklə beynəlxalq birliklə əməkdaşlıq etməyi məsləhət görür.


Bu işdə İran öz şimal qonşusundan dərs ala bilər.

Onilliklər boyu davam edən açıq düşmənçiliyə baxmayaraq, Azərbaycan və Ermənistan arasında davamlı sülhün perspektivi güclənməkdədir. Son həftələr həm Ermənistan, həm də Azərbaycan liderləri öz ritorikalarını yumşaldıb və görüşməyə hazır olduqlarını bildiriblər. Qafqazda artıq sülhə aparan bir yol var; lakin, həmişə olduğu kimi, İran bu yolda deyil. Müəllifin fikrincə, İranın hərəkətləri başqa, daha pis bir istiqamətə işarə edir və Tehranın artıq bu kursu dəyişdirmək vaxtıdır. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO