Parlamentdə Zəfər günü ilə bağlı xüsusi iclas olacaq

Hazırda oxunan: Parlamentdə Zəfər günü ilə bağlı xüsusi iclas olacaq

41849

Milli Məclis 8 Noyabr - Zəfər Gününün birinci ildönümü ilə bağlı xüsusi iclas keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, toplantıda Vətən müharibəsi, Azərbaycanın qələbəsi və 8 Noyabr - Zəfər Günü ilə bağlı çıxışlar ediləcək:

"Daha sonra isə Milli Məclisin bəyanatı qəbul olunacaq".

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunacaq. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO