Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 

Hazırda oxunan: Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 

41039

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçiriləcək. 

Bizim.Media-nın məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 

1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 

2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında. 

“Müstəqillik Günü haqqında” qanun layihəsində qeyd edilir ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.

Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO