Səfir İlham Əliyevin məktubunu Moldova prezidentinə çatdırdı

Səfir İlham Əliyevin məktubunu Moldova prezidentinə çatdırdı

Hazırda oxunan: Səfir İlham Əliyevin məktubunu Moldova prezidentinə çatdırdı
3075
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Prezident İlham Əliyevin məktubunu Mayya Sanduya çatdırıb.

Bizim.Media bildirir ki, bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən  məlumat verilib.

Məlumata görə, Azərbaycanlı diplomat Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Maya Sanduya ünvanladığı təbrik məktubunu çatdırıb, bir dəstə çiçək təqdim edib və Moldova və Azərbaycan arasında gələcəkdə də səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri Mayya Sandunu Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

"İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - deyə Prezident İlham Əliyevin məktubunda bildirilir.

İlham Əliyev həmkarı M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və “dost Moldova xalqının rifahı naminə” işlərində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO