PARTLAYIŞ: “Təqdim edilən mina xəritələrinə inanmaq olmaz”

Hazırda oxunan: PARTLAYIŞ: “Təqdim edilən mina xəritələrinə inanmaq olmaz”

30266

İyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ümumiyyətlə, son zamanlar bızi ərazilərin mina xritələri Azərbaycana təqdim olunsa da bu cür hallar yaşanmağa davam edir.

Rayonun mina xəritəsi Azərbaycana təhvil verlibsə, niyə bu cür hadisələr hələ də baş verir?
 

MÖVZU İLƏ BAĞLI:

"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?


Politoloq İlqar Vəliyev Bizim.Media-ya danışarkən bildirib ki, ermənlər Azərbaycana köhnə mina xəritələri təqdim ediblər.

“Ermənilər torpaqlarımızı tərk edərkən minaları xaotik olaraq basdırıb. Bu ətrafa səpələnən minalar isə xəritələrdə əks olunmayıb. Hətta onlar xəritələri verəndə belə, öz qara xislətlərindən əl çəkməyiblər”.

Siyasi analitik mina xəritələrinin saxta olma ehtimalndan da söz açıb. 

“Xatırladım ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin saxta olma ehtimalı da var. Çünki təcrübə göstərir ki, nə bu məsələlərdə nə də digərlərində erməni tərəfinə etibar etmək olmaz. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır, minalarla bağlı vəziyyət çox ciddidir”.

İ.Vəliyev bu cür hallardan heç kəsin sığortalanmadığını da təəssüf hissi ilə qeyd edib.

“Yəni biz bu cür hadisələrin yaşanmasından hec cür sığortalana bilmərik. Digər tərəfdən təəssüflər olsun ki, sərhəddə də gərginlik artıb. Erməni diversantların sərhədə daxil olub, orada yenidən ətrafa mina səpələmələri də istisna deyil. Mütləq şəkildə daha diqqətli olmalıyıq, icazəsiz şəkildə işğaldan azad olunmuş torpaqlara səyahət etməməliyik”. 

Hərbi ekspert, Polkovnik Şair Ramaldanov isə Bizim.Media-ya deyib ki, mina sahələrinin təmizlənməsi çox böyük diqqət və professionallıq tələb edir.

“Onsuzda indiyə qədər minalar Ermənilərin təqdim etdikləri xəritələr əsasında təmizlənmirdi. Minaların sahələrdən təmizlənməsi üçün xüsusi təlimlər və yanaşmalar var. Bilirsiniz ki, təqdim olunan xəritələrə tam şəkildə inanmaq olmaz, əvvəl onlar diqqətli şəkildə yoxlanılmalıdır”.

Hərbi analitik Cəbrayıl rayonunun minaya düşən ANAMA əməkdaşından da danışıb.

O, bildirib ki, çox güman ki, ANAMA-nın mütəxəssisləri bütün təhlükəsizlik tədbirlərinə tam şəkildə riayət edə bilməyiblər, ya da orada basdırılan mina qeyri-məlum olub. 

“Ancaq ANAMA-nın mütəxəssisləri professional olduqları üçün bu mütləq nəzərə alınmlı idi. Onların heç bir dəfə də  səhv etmək şansları yoxdur. İnanıram ki, hadisə barədə geniş araşdırılma aparılacaq ki, bir daha belə məsələlər baş verməsin”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO