TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Hazırda oxunan: TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO
274155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Bizim.Media xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlanıb.
 

Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.


Dövlətimizin başçısı təbriklərə görə təşəkkür edib.

Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirilib.

Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.



TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 1
TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 2
TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 3
TDT-nin Baş katibi Qəbələdə İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO