Sülh sazişinin paraflanması ilə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

Sülh sazişinin paraflanması ilə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: Sülh sazişinin paraflanması ilə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV
264241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avropa İttifaqı ABŞ Prezidenti Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü məmnuniyyətlə qarşılayır.
 

MÖVZU İLƏ BAĞLI

SON DƏQİQƏ! Sülh sazişinin mətni bu tarixdə AÇIQLANACAQ


Aİ, eyni qaydada Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasını alqışlayır”.

Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq Avropa İttifaqının sözçüsü Anitta Hipper deyib.
 

O, əlavə edib ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin iştirakı ilə Ağ Evdə bu sənədi imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır:



“İndi Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşması istiqamətində nizamlı və davamlı irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacibdir.
 

Sədr Koşta və sədr fon der Lyayen Azərbaycan və Ermənistan liderlərinin son bir neçə ildə ikitərəfli, o cümlədən Brüsseldə apardıqları əvvəlki müzakirələrin davamında atdıqları qətiyyətli addımlardan həqiqətən ruhlandılar.


Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir və regional əlaqələrə və hər şeydən əvvəl əhalinin xeyrinə tam açıqlığa sərmayə qoymağa və regionu davamlı sülh, sabitlik və firavanlığa yaxınlaşdırmağa hazırdır”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO