Prezident və ailəsi “Sea Breeze”də - FOTO

Prezident və ailəsi “Sea Breeze”də - FOTO

Hazırda oxunan: Prezident və ailəsi “Sea Breeze”də - FOTO
244855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

Bizim.Media xəbər verir ki, “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib.
 

Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.


Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.

Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları,parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.

Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.

İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.

2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.

“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur.

Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, “Sea Breeze” ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.

Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 1
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 2
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 3
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 4
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 5
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 6
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 7
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 8
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 9
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 10
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 11
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 12
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 13
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 14
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 15
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 16
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 17
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 18
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 19
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 20
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 21
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 22
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 23
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 24
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 25
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 26
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 27
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 28
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 29
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 30
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 31
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 32
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 33
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 34
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 35
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 36
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 37
Prezident və ailəsi “Sea Breeze”də - FOTO - foto 38

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO