İlham Əliyev İraq Prezidenti ilə görüşdü – FOTO

İlham Əliyev İraq Prezidenti ilə görüşdü – FOTO

Hazırda oxunan: İlham Əliyev İraq Prezidenti ilə görüşdü – FOTO
231051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

Bizim.Media xəbər verir ki, COP29-da Azərbaycana səfərini məmnunluqla xatırlayan Əbdüllətif
Camal Rəşid bu mühüm tədbirin uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

İraq Prezidenti, eyni zamanda, təyyarə qəzası ilə əlaqədar bir daha başsağlığını ifadə edib.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçısı İraq Prezidenti ilə görüşlərini və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycanla İraq arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birbaşa təyyarə reyslərinin təşkili və hökumətlərarası komissiyanın fəaliyyəti ilə əlaqədar məsələlərə toxunulub.

Həmçinin Yaxın Şərqdəki vəziyyət müzakirə edilib, regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyi bir daha vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

İlham Əliyev İraq Prezidenti ilə görüşdü – FOTO - foto 1
İlham Əliyev İraq Prezidenti ilə görüşdü – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO