"Ermənistandan təzminat əvəzinə Zəngəzuru almaq hüququmuz olacaq" - POLİTOLOQ

Hazırda oxunan: "Ermənistandan təzminat əvəzinə Zəngəzuru almaq hüququmuz olacaq" - POLİTOLOQ
22912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanın Zəngəzur dəhlizi üzərindəki oyunları mümkün qədər siyasiləşdirməyə hesablanıb”.

Bizim.Media xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib.

Analitik bildirib ki, erməni tərəfi yaxşı başa düşür ki, Zəngəzurun nəinki dəhlizi, hətta bütünlüklə bölgə Azərbaycanın nəzarətinə keçəcək: 

“Buna səbəb Azərbaycanın vurulmuş maddi və mənəvi zərərə görə Ermənistandan təzminat tələb etməsi olacaq. Erməni tərəfi hesab edir ki, Zəngəzur ətrafında süni problem yaratmaqla, bu ərazini beynəlxalq aləmin nəzərində “Qarabağ probleminə” çevirə biləcək. Beynəlxalq aləmin nəzərində siyasiləşmiş ərazi tərəflərin razılığı olmadan mübadilə predmeti hesab edilə bilməz. Necə ki, Qarabağ ərazisi siyasiləşdiyi üçün ermənilər bu əraziyə iddia edirlər.

Azərbaycanın münaqişəsiz formada, beynəlxalq qanunlara əsasən Ermənistandan təzminat əvəzində Zəngəzur, eləcə də digər əraziləri almaq hüququ və şansı olacaq. Odur ki, bizə vəziyyətin gərginləşdirilməsi lazım deyil. Sadəcə 10 noyabr müqaviləsinin 9-cu bəndinin yerinə yetirilməsini gündəmdə tutmalıyıq. Rusiyanın susqunluğunun, hətta bizi “dəstəkləyir” kimi görünməsinin səbəbi odur ki, Kreml məsələnin mümkün qədər siyasiləşməsini istəyir. Çünki məhz bu sayədə rusların regionda uzunmüddətli yerləşməsinə zəmin yaranmış olacaq”.(Şərq.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO