İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ 

İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ 

Hazırda oxunan: İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ 

191095

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə bolqarıstanlı həmkarı ilə geniş tərkibdə görüşü zamanı deyib. 

Dövlət başçısı söyləyib ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. 

"Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək", - dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO