Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK 

Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK 

Hazırda oxunan: Azərbaycan Slovakiya ilə birgə silah istehsal EDƏCƏK 

191009

“Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – Qeyd) bəzi layihələri müzakirə etdik”. 

Bizim.Media xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso AzərTac-a və AzTV-yə müsahibəsində deyib. 

Onun sözlərinə görə, texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq: 

“İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO