Gürcüstandan Azərbaycana XƏYANƏT – “Ümid edirəm ki, hökumətimiz bunun fərqindədir”

Hazırda oxunan: Gürcüstandan Azərbaycana XƏYANƏT – “Ümid edirəm ki, hökumətimiz bunun fərqindədir”

18726

“Gürcüstan da altdan-altdan Azərbaycana qarşı bütün cəbhələrdə hücumdadır. Adətən biz Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik inkişafı ilə bağlı məlumatlara öyrəşmişik. Amma son dövrlərdə baş verənlər bu münasibətlərdə nəyinsə doğru olmadığı anlamına gəlir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib. 

O bildirib ki, ötən gün AŞPA iclasında Ermənistanın təşəbbüsü ilə müharibədə "əsir düşmüş" erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı Gürcüstanla birləşdirəcək yeni körpü - Pulu Avropadan alırlar - FOTO


“Azərbaycanın strateji tərəfdaşı Gürcüstanın qurumdakı nümayəndə heyəti tam tərkibdə bu qətnamənin lehinə səs verib. 

Uzun illər Azərbaycanın dəstəyi ilə öz iqtisadi vəziyyətini yaxşılaşdıran Gürcüstanın bü cür prinsipial bir məsələdə Ermənistanın xeyrinə səs verməsi anlaşılan deyil. Gürcüstan həm də texnoloji cəbhədə Azərbaycana qarşı haqsız davranış sərgiləyir. Azərbaycanın NEQSOL şirkəti “Rəqəmsal İpək Yolu” və onun bir hissəsi olan “Azerbaijan Digital Hub” proqramı çərçivəsində 2019-cu ildə Gürcüstanın “Caucasus Online” telekommunikasiya şirkətinin bütün səhmlərini qanuna uyğun olaraq alıb”. 

Osman Gündüzün sözlərinə görə, “Caucasus Online” Qara dənizin dibi ilə 1200 km bir optik xəttə sahibdir:

“80% interneti bu xətt üzərindən olan Ermənistan və Gürcüstan bu magistral xəttin Azərbaycanın nəzarəti altına keçməsindən narahat olublar. 

Hansı ki, NEQSOL Holdinqin investisiyası əsasında yenidən qurulacaq regional internet magistralından adı çəkilən ölkələr də kifayət qədər bəhrələnəcəkdilər. Lakin Gürcüstan hökuməti dərhal hərəkətə keçib, təcili Elektron Kommunikasiyalar haqqında qanunvericiliyə dəyişiklik edib, bu dəyişikliyə uyğun olaraq Gürcüstan hökumətinin nümayəndəsini artıq Azərbaycan şirkəti olan “Caucasus Online”a qanunsuz olaraq administrator təyin edib.

Hələlik məhkəmə bu administratorun fəaliyyətini dondurub. Artıq 2 ildir ki NEQSOL Gürcüstan hökumətinin bu qanunsuz hərəkətinin qarşısını almaq üçün beynəlxalq məhkəmələrdə vuruşur:

“Yəni, reallıq ondan ibarətdir ki, Azərbaycan üçün strateji məsələlərdə, prinsipial məsələlərdə Gürcüstan strateji tərəfdaşlığa sığmayan davranışlar sərgiləyir. Ümid edirəm ki, hökumətimiz bunların fərqindədir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO