Ermənistanı Gürcüstanla birləşdirəcək yeni körpü - Pulu Avropadan alırlar - FOTO

Hazırda oxunan: Ermənistanı Gürcüstanla birləşdirəcək yeni körpü - Pulu Avropadan alırlar - FOTO

18440

Sadaxlı-Baqrataşen keçid məntəqəsində Ermənistanı Gürcüstanla birləşdirəcək yeni körpünün inşasına başlanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı  Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən yayıb.

Mənbə bildirir ki, iki istiqamətdə bir-birindən 1 m məsafədə iki ayrı körpü tikiləcək. Körpülərdə işıqlandırma və drenaj sistemləri olacaq.

Bu layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə İrəvan və Tiflis hökumətləri tərəfindən maliyyələşdirilən ortaq Ermənistan-Gürcüstan proqramıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO