Ermənistanda hərbi çevriliş GÖZLƏNİLİR?

Ermənistanda hərbi çevriliş GÖZLƏNİLİR?

Hazırda oxunan: Ermənistanda hərbi çevriliş GÖZLƏNİLİR?

185149

Ermənistanda daxili gərginlik günü-gündən daha da artır. Fevralın 25-də Ermənistan ordusunun baş qərargah rəisi daxil olmaqla 40 nəfər zabit baş nazir Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan baş qərargah rəisi Onik Kasparyanı istefaya göndərib. Bu isə müxalifətin ciddi narazılığına səbəb olub. 

Eyni zamanda, Paşinyanın “İsgəndər” raketlərilə bağlı açıqlaması Rusiya hərbi sənaye elitası tərəfindən birmənalı qarşılanmadı. Erməni müxalifəti isə bu məqamı əldə rəhbər tutmaqla, yaranmış durumu Ermənistanda hərbi çevriliş etmək üçün əlverişli vəziyyət kimi dəyərləndirir.
 

MÖVZU İLƏ BAĞLI:

ASALA Paşinyanı hədəfə aldı? - Erməni lobbisi Nikoldan üz döndərir - VİDEO


Bundan əlavə, aprelin 5-də Brüsseldə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş reallaşacaq. Həmin görüşdə imzalanması gözlənilən təhlükəsizliklə bağlı pakt da regionda gərginliyin artacağından xəbər verir. Xüsusilə də, Rusiya rəsmilərinin açıqlamaları fonunda, Kremlin İrəvanı cəzalandıracağı gözlənilir. 

Üstəlik, bir sıra erməni siyasətçilər aprelin 6-da İrəvan əhalisini mitinqlərə çağırıb. 

Ermənsitanda mövcud vəziyyətdə hərbi çevriliş baş verə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənsitanda hərbi çevrilişlərə chdlərin olacağını istisna etmədi. Amma onun fikrincə, bu çevrilişlər uğur qazana bilməyəcək:  

“Ermənistanın Rusiya ilə körpüləri yandırması böyük qonşumuzu çox narahat edir. Lavrovun erməni rəhbərləri və baş nazir haqqında söylədikləri sözlər onu göstərir ki, artıq münasibətlərin düzəlmə ehtimalı yox dərəcəsindədir və Rusiya Paşinyanın qələmini qırıb. Belə vəziyyətdə Ermənistanda hərbi çevrilişlə Paşinyan hakimiyyətdən uzaqlaşdırıla bilərdi. 

Lakin İrəvanda ABŞ-ın böyük səfirliyi və burada işləyən 2,5 min əməkdaşın yarısının dəniz piyadaları olduğu və Qərbin Paşinyanı qorumaq üçün əlindən gələni etdiyini nəzərə alsaq, Ermənistanda hərbi çevriliş cəhdi çətin ki, baş tutsun. Erməni əhalisi də ruspərəst qüvvələrə dəstək vermir. 
Ancaq çevrilişə cəhdlər mütləq olacaq. Paşinyanın yeritdiyi siyasət Moskvanı qətiyyən qane etmir və onun Ermənistanı indiki yolundan döndərmək üçün ən kəskin addımlara əl atmağa çalışacağı qətiyyən şübhə doğurmur. Demokratik vasitələrlə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmadı. Ona görə də yeganə çarə hərbi çevrilişə qalır”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO