BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi İlham Əliyevi TƏBRİK EDİB

BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi İlham Əliyevi TƏBRİK EDİB

Hazırda oxunan: BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi İlham Əliyevi TƏBRİK EDİB

178972

BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Məryəm Xan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

“ Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Azərbaycan Respublikasının bütün suveren ərazisində keçirilən prezident seçkiləri iqtisadi tərəqqinin sürətləndirilməsi, insan hüquqları və fundamental azadlıqlarının, dinc birgəyaşayışın qorunması üçün mühüm mərhələdir.

Fürsətdən istifadə edərək bildirirəm ki, BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin təşviqi və qadınların sağlamlığının qorunmasına yönəlmiş çoxşaxəli təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir. 
Həmçinin BMT-nin Əhali Fondu özünün 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində, o cümlədən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa kontekstində Azərbaycan hökuməti ilə əməkdaşlığa sadiqliyini bir daha bəyan edir. Cari il üçün prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədilə BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılmış iqlim dayanıqlılığı səylərinə veriləcəkdir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO