TDT-nin BAŞ KATİBİ: “Seçkilərdə heç bir qanunsuzluq müşahidə etmədik”

TDT-nin BAŞ KATİBİ: “Seçkilərdə heç bir qanunsuzluq müşahidə etmədik”

Hazırda oxunan: TDT-nin BAŞ KATİBİ: “Seçkilərdə heç bir qanunsuzluq müşahidə etmədik”
177240
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Missiyamız seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb”.

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

O bildirib ki, missiya qardaş Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə seçki keçirməsindən qürur və fərəh hissi keçirir: 

“Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib. Hər şey qanuna uyğun idi. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Müşahidə missiyamız seçkilərə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb. Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu. 

Müşahidəçilər bütün məntəqələrdə seçkilərə nəzarət edə bilirdi. Həmçinin missiya onu da müşahidə etdi ki, bütün seçki məntəqələri lazımi texnikalarla təmin olunmuşdu. Nəticə olaraq missiya bu qərara gəldi ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri açıq və şəffaf keçirilib”.

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO