Akkan Suver: 

Akkan Suver: "5 il əvvəl "Xankəndidə seçki keçiriləcək" desələr, inanmazdım"

Hazırda oxunan: Akkan Suver: "5 il əvvəl "Xankəndidə seçki keçiriləcək" desələr, inanmazdım"

177185

“Qarabağ dastanından sonra, Azərbaycan ötən gün keçirilən seçki ilə yeni bir demokratiya dastanı yaşadı”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Mərmərə Vəqfinin sədri Akkan Suver növbədənkənar Prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.  

“Ötən gün 42 məntəqəni ziyarət etdik. Seçkilərdə Avropa normalarının eynisinə şahid olduq. Mədəni, ədalətli, şəffaf seçki müşahidə etdik. Qadınların seçkilərdə iştirakı bizi sevindirdi və buna görə azərbaycanlı xanımları təbrik edirəm. 
İnsanlar mədəni şəkildə növbədə gözləyərək səsvermədə iştirak etdilər. Qarabağ dastanından sonra, Azərbaycan yeni bir demokratiya dastanı yaşadı. Bütün bunlar Azərbaycanla yanaşı, bütün türk xalqlarının gələcək illər üçün qazandığı xeyirdir. Qərbdə çox fərqli ölkələrdə seçkiləri izləmişik və əminliklə deyirəm ki, ötən gün keçirilən seçkinin onlardan heç bir fərqi yoxdur” - deyə sədr bildirib.

"Mənə 5 il əvvəl desəydilər ki, Şuşada, Xankəndidə seçkilər keçiriləcək, inanmazdım. Bizə-türk xalqına bu sevinci yaşatdığı üçün Prezident İlham Əliyevə minnət və şükranlarımı çatdırıram", - deyə o əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO