Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

Hazırda oxunan: Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

175500

“Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Can Azərbaycana canımız fəda”, - Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb.

“Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - deyə o, qeyd edib.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO