Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb

Hazırda oxunan: Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb
174255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə gör, nazir müavini Elnur Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan Respublikasının vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov qarşıdakı Prezident seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib, seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verib və hazırkı prosesin təşkilatın Azərbaycanda müşahidə etdiyi 11-ci seçki olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb - foto 1
Elnur Məmmədov MDB Baş katibinin birinci müavini ilə görüşüb - foto 2


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO