Fransa casuslarının İFŞASI – Parisin hansı planları SUYA DÜŞDÜ?

Fransa casuslarının İFŞASI – Parisin hansı planları SUYA DÜŞDÜ?

Hazırda oxunan: Fransa casuslarının İFŞASI – Parisin hansı planları SUYA DÜŞDÜ?

170965

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Fransanın Azərbaycanda və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdi. Bununla da Fransanın və bəzi Avropa dövlətlətlərinin xüsusi xidmət orqanları barədə yaradılmış miflər də dağıldı. Artıq Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti təkcə Avropada deyil, bütün dünyada özündən söz etdirməyi bacarır. 

Çünki Azərbaycanda ifşa olunan Fransa agenturasının üzvləri daha əvvəl bir çox region və Şərqi Avropa ölkələrində də casusluqla məşğul olmuşdular.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 


Bu isə dövlətçiliyimizə və milli maraqlarımıza qarşı təhdidlərin qarşısının alınması istiqamətində çox böyük uğurdur.

“Hər kəs DTX-ni dövlətçiliyimizin əsas sütunlarından biri hesab edir”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Fazil Mustafa bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti olduqca peşəkar fəaliyyəti ilə seçilir:

“Mənə qarşı törədilmiş sui-qəsd cinayətinin qısa və operativ şəkildə açılması da bunun bir sübutudur. Son hadisə isə ölçüyə gəlməyəcək bir peşəkarlıq nümunəsidir. DTX əməkdaşları təkcə Azərbaycanda deyil, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən Fransanın casus şəbəkəsini böyük peşəkarlıqla ifşa etdi. 

Etiraf etmək lazımdır ki, Əli Nağıyev rəhbərliyə gətiriləndən sonra DTX-nın uğurları daha da artdı. Son 4 ildə bu təşkilat yüksək peşəkarlıqla fəaliyyət göstərir.

Peşəkar insanların bu quruma cəlb edilməsi sonda öz nəticəsini verdi. Artıq hər kəs DTX-ni dövlətçiliyimizin keşikçisi, əsas sütunlarından biri sayır. Hər kəs bu qurumla bağlı qürurla, iftixarla danışır. 

Təsadüfi deyil ki, ötən ay Azərbaycan Prezidenti İlham Əliyev DTX-nin yeni korpusunun istifadəyə verilməsi mərasimində çıxış edərkən qurumun fəaliyyətini yüksək qiymətləndirdi”. 

“Fransız agenturasının ifşası tarixi hadisədir”

Fazil Mustafa onu da qeyd edib ki, Fransanın casus şəbəkəsinin ifşa edilməsi tarixi hadisədir:

“Bu gün milli və dövlət təhlükəsizliyimizə qarşı yönələn istənilən addım və hərəkətlərin qarşısı DTX tərəfindən vaxtında və böyük peşəkarlıqla alınır. Ümumiyyətlə, bu qurumun işinin yüksək səviyyədə qurulması hər birimizin və ən əsası Azərbaycan dövlətinin maraqlarına tamamilə uyğundur. İnanırıq ki, DTX bundan sonra da yeni-yeni uğurları ilə bizləri sevindirəcək”.

Xatırladaq ki, ötən həftə Qərb mətbuatında Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunması ilə bağlı xəbər yayıldı. 

Məlumata görə, geniş əlaqələrindən istifadə edən şəbəkə region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

Dekabrın 26-da isə Fransa səfirliyinin iki əməkdaşı diplomatic normalar zidd fəaliyyətlərinə görə Azərbaycan tərəfindən “persona-non-grata” elan olunublar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO