Hikmət Hacıyev: “Azərbaycan yenidənqurmailə bağlı təcrübəsini bölüşməyə hazırdır”

Hikmət Hacıyev: “Azərbaycan yenidənqurmailə bağlı təcrübəsini bölüşməyə hazırdır”

Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan yenidənqurmailə bağlı təcrübəsini bölüşməyə hazırdır”

170218

“Azərbaycan işğaldan azad edilən ərazilərimizdə böyük yenidənqurma-bərpa işləri görür və bu dünyada unikal təcrübədir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimində çıxışı zamanı deyib. 

O qeyd edib ki, Azərbaycan bu unikal təcrübəsini bölüşməyə hazırdır. 

“Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq. BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstəklərini göstərirlər”,- deyə H.Hacıyev bildirib. 
Qeyd edək ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma mərasimi keçirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO