XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub - FOTO 

XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub - FOTO 

Hazırda oxunan: XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub - FOTO 
161816
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikası Nümayəndələr Şurasının (Parlament) üzvü Elşad Salihinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüş zamanı Azərbaycan-İraq münasibətlərində son zamanlar artan dinamizm, bu xüsusda, cari ilin mart və iyul aylarında müvafiq olaraq, İraq Prezidenti və xarici işlər nazirinin Azərbaycana səfərləri və bu səfərlər çərçivəsində baş tutan ali və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb. 

Azərbaycan ilə İraq arasında mövcud siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regionlararası əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə sürdürülməsinin önəmindən bəhs olunub. 
Hər iki ölkədəki mövcud diplomatik təmsilçiliklərdən əlavə, mədəniyyət mərkəzləri vasitəsilə humanitar mübadilələrin təşviqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə biləcəyi qeyd olunub. 

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub - FOTO  - foto 1
XİN-də Azərbaycan-İraq əməkdaşlığı müzakirə olunub - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO