Laszlo Vasa: “Humanitar böhran varsa, Azərbaycanın yardımları niyə qəbul edilmir?” – ÖZƏL

Laszlo Vasa: “Humanitar böhran varsa, Azərbaycanın yardımları niyə qəbul edilmir?” – ÖZƏL

Hazırda oxunan: Laszlo Vasa: “Humanitar böhran varsa, Azərbaycanın yardımları niyə qəbul edilmir?” – ÖZƏL

153219

“Həqiqətən də ermənilər humanitar yükləri qəbul etməkdən imtina edir, faktiki olaraq yalnız Ermənistandan daşımaların həyata keçirilməsini istəyirlər. Halbuki bu yol, yüklərin sui-istifadəsi şübhəsi ilə bağlanıb. Ermənilər özləri də açıq şəkildə bildirirlər ki, düşmənlərinin köməyini qəbul etmək istəmirlər. Həqiqətən humanitar və fövqəladə hal varsa, Azərbaycanın köməyini qəbul etməmələri anlaşılmaz olaraq qalır və suallar yaradır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun professoru, politoloq Laszlo Vasa deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya televiziyası Laçın yolu ilə bağlı erməni yalanlarını İFŞA ETDİ – VİDEO  


Politoloq Azərbaycanın humanist addımının da bütün dünyada yüksək qitmətləndirildiyinə və Azərbaycanın saf niyyətinin bir daha təsdiq edildiyinə diqqət çəkib.

Lakin revanşistlərin də aktiv olduğunu bildirən Vasa, Azərbaycanın gördüyü böyük işlərin dünya mediasında daha çox işıqlandırılmalı olduğunu bildirib:

“Əsasən, beynəlxalq ictimaiyyətin Azərbaycanın təklifini qiymətləndirməsi məntiqli olardı, çünki bu, həqiqətən də səxavətli jestdir. Lakin Qərb və dünya mətbuatı münaqişə ilə bağlı erməni povestini qəbul etdiyi üçün Azərbaycanın reputasiyasını yüksəltmək son dərəcə çətindir. 
Bu yolda Azərbaycanın mövqeyini və real vəziyyəti bəlli etmək üçün daha güclü səylər lazımdır ki, bu da yumşaq diplomatiya alətlərindən səmərəli istifadə etməyi tələb edir.

Yəni ictimai rəyə təsir edən mediaya real vəziyyət, həqiqət göstərilməlidir. Bunun üçün jurnalistləri dəvət etmək, faktları təqdim etmək yaxşı vasitə ola bilər. Azərbaycan hökuməti bu istiqamətdə təsirli tədbirlər görüb, lakin daha ciddi səylərə ehtiyac var”, - deyə L.Vasa qeyd edib.

Qondarma qurumun hələ də fəaliyyət göstərməsinə diqqət çəkən politoloq əlavə edib ki, Azərbaycanın Xankəndiyə nəzarəti tam bərpa edildikdə, qurum tarixin tozlu səhifələrində belə qalmayacaq:

“Qondarma “respublika”nı dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən tanınmayıb. Beynəlxalq hüquq baxımından vəziyyət tam aydındır, bununla bağlı BMT-nin bir neçə qətnaməsi var və Azərbaycan faktiki olaraq onları icra etmək istəyir. Azərbaycan əraziyə tam nəzarət edən kimi qondarma qurum mövcudluğunu dayandırmış olacaq.

Böyük sual ondan ibarətdir ki, Qərb gərginliyi saxlamaqda əslində münaqişənin arxasında duran Ermənistanı nə vaxta qədər dəstəkləməyə hazırdır? İrəvanın indiki davranışı bütün sağlam düşüncə məntiqinə və geosiyasi reallığa ziddir”, - deyə L.Vasa əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO