Brüssel görüşündə müzakirə olunan MƏSƏLƏLƏR 

Brüssel görüşündə müzakirə olunan MƏSƏLƏLƏR 

Hazırda oxunan: Brüssel görüşündə müzakirə olunan MƏSƏLƏLƏR 

146427

Brüsseldə keçirilən üçtərəfli danışıqlarda müzakirə olunan məsələlər açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Şarl Mişel və Paşinyanla görüşü BAŞA ÇATDI - VİDEO


Görüşdə aşağıdakı məsələlər müzakirə olunub: 

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi; 

- Sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi; 

- Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması; 

- Laçın NBM-də son qaçaqmalçılıq cəhdləri; 

- Laçın yolundan Bərdə-Ağdam marşrutu ilə Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi; 

- Azərbaycan Respublikasının suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin məskunlaşması məsələləri; 

- Qərbi Azərbaycan icmasının problemləri və bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO