Ceyhun Bayramov-Mirzoyan danışıqları 3 gün DAVAM EDƏCƏK 

Hazırda oxunan: Ceyhun Bayramov-Mirzoyan danışıqları 3 gün DAVAM EDƏCƏK 

143484

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında iyunun 27-də Vaşinqtonda başlayacaq danışıqlar 3 gün davam edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinqdə məlumat verib. 

Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək. 

“Danışıqların bu həftənin cümə axşamına qədər davam edəcəyini gözləyirik, çünki katib Blinken həm Azərbaycan, həm də Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək. Həftə irəlilədikcə dialoqla bağlı daha çox təfərrüata malik olacağıq. Biz inanırıq ki, sülh əlçatandır və birbaşa dialoq qalan məsələlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO