“Dünyada qapı-qapı düşüb, borc istəyən ölkələr var” – Siyavuş Novruzov  

“Dünyada qapı-qapı düşüb, borc istəyən ölkələr var” – Siyavuş Novruzov  

Hazırda oxunan: “Dünyada qapı-qapı düşüb, borc istəyən ölkələr var” – Siyavuş Novruzov  
139986
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Dünyada baş verən hadisələrə baxanda görürük ki, bəzi ölkələr qapı-qapı düşüb borc istəyir, Dünya Bankının qarşısında növbə gözləyirlər. Lakin ölkəmizdə belə bir vəziyyət yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında səsləndirib. 

“Vaxt var idi ki, dövlət büdcəmizin 1 milyard olmasını sevinclə qarşılayırdıq. İndi isə birdən-birdə büdcə xərcləri 3 milyard artırılır. Dünyanın heç bir ölkəsində ilin ortasında büdcədə belə dəyişikliklər edilmir. Azərbaycan sosial dövlətdir və insanların həyat şəraitinin yaxşılaşdırılması üçün lazımi addımlar atılır.  
Bəzən, antimilli qüvvələr başlayırlar ki, “biz mitinq keçirdik, belə dedik deyə dövlət addım atdı”. Lakin dövlətin konsepsiyası var və buna uyğun addımlar atılır”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO