“Azərbaycanın fəal xarici siyasəti ölkəmizə qarşı təhdidləri artırır” – Zahid Oruc  

“Azərbaycanın fəal xarici siyasəti ölkəmizə qarşı təhdidləri artırır” – Zahid Oruc  

Hazırda oxunan: “Azərbaycanın fəal xarici siyasəti ölkəmizə qarşı təhdidləri artırır” – Zahid Oruc  

138876

"Azərbaycan əhalisinin 10,26 milyon nəfər olması fonunda 2021-ci ilin yanvarında ölkəmizdə 8,26 milyon internet istifadəçisi qeydə alınıb. Bu ümumi əhalinin 82 faizini təşkil edir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc "2-ci Milli Kibertəhlükəsizlik Forumu"nda çıxışı zamanı bildirib. 



Z.Oruc həmçinin qeyd edib ki, sosial media istifadəçilərinin sayı 5 milyona yaxındır ki, bu da ümumi əhalinin yarısını təşkil edir. 

"Ölkə üzrə 11,3 milyon mobil telefon istifadəçisi mövcuddur. Vətən müharibəsində parlaq Qələbə prezident İlham Əliyevin yerdə informasiya məkanında hücum əzmi ilə yanaşı, fəzada aparılan süni intellekt savaşı ilə mümkün oldu. Postmüharibə reallığı, Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti cari və perspektiv təhlükəsizlik təhdidlərini də artırır. İşğaldan azad edilən ərazilərdə “ağıllı şəhərlər və kəndlər” kimi smart layihələr texnoloji resurslardan asılı olduğu üçün, informasiya hücumlarının hədəfindədir", -deyə Z.Oruc bildirib. 

Səkinə Yusibli, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO