
- A-
- A
- A+
6 partiya YAP-a qoşuldu - QƏRAR
Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.
Bu barədə Bizim.Media-ya YAP İdarə heyətinin üzvü, millət vəkili Musa Quliyev məlumat verib.
Bildirib ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.
YAP-a qoşulan partiyalar aşağıdakılardır:
1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)
2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)
3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)
4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülarə Səfərova)
5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)
6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































