Dövlət başçısı: “Azərbaycanın milli valyutası stabil qalacaq”

Dövlət başçısı: “Azərbaycanın milli valyutası stabil qalacaq”

Hazırda oxunan: Dövlət başçısı: “Azərbaycanın milli valyutası stabil qalacaq”
137344
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan iqtisadiyyatı təbii sərvətlərə əsaslansa da, indi əsas hədəf diversifikasiyadır”.

Bizim.Media xəbər verir ki, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Biz iqtisadiyyatımızı geniş şəkildə şaxələndirə və enerji sektorundan asılılığı azalda biləcəyik, baxmayaraq ki, enerji sektoru bizim enerji təhlükəsizliyimiz üçün, Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynamağa davam edəcək”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın sabit milli valyutası var və bu belə qalacaq: 

“Bizim çox aşağı xarici borcumuz var, bu bizim ümumdaxili məhsulumuzun 10 faizindən azdır. Bizim stabil milli valyutamız var, 10 ildən çoxdur ki, stabildir və əminəm ki, stabil olaraq qalacaq. Çünki bizim beynəlxalq ticarət dövriyyəmizdə nəzərəçarpan müsbət saldo var və Dövlət Neft Fondumuzda və Milli Bank rezervlərimizdə topladığımız valyuta ehtiyatlarımız bizim xarici borcumuzdan 10 dəfə çoxdur. Beləliklə, bizim iqtisadiyyatımızın stabilliyi regional iqtisadi əməkdaşlıq və investisiya mühiti üçün vacib faktordur”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO