BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını TƏBRİK ETDİ

BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını TƏBRİK ETDİ

Hazırda oxunan: BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını TƏBRİK ETDİ
135569
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Çaba Körösi bu barədə tviterdəki hesabında yazıb.

“Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm.Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, - BMT Baş Assambleyasının sədri qeyd edib.
Qeyd edək ki, ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin büstü açılıb.

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hazırlanan təntənəli mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Baş Assambleyanın sədri Çaba Körösi, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, Nyu-York şəhərinin beynəlxalq əlaqələr üzrə komissarı Edvard Mermelşteyn, Nyu-Yorkdakı diaspor təşkilatlarımızın rəhbərləri, ölkəmizin BMT-dəki və Vaşinqtondakı diplomatları iştirak ediblər.

BMT Baş Assambleyasının sədri Azərbaycan xalqını TƏBRİK ETDİ - foto 1

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO