Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO

Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO

Hazırda oxunan: Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO
134540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verildi. 

Bildirildi ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir. 

Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır. 

Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoydu. 
 


Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO - foto 1
Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO - foto 2
Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO - foto 3
Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO - foto 4
Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO - foto 5
Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB - FOTO/VİDEO - foto 6


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO