Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO

Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO
120470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. 

Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi üzrə təklifləri irəlilətməsinə baxmayaraq, Ermənistanın prosesə daim maneçilik törətdiyini qeyd edib.  
Ermənistanın sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqların növbəti raundunu boykot etdiyini xatırladıb. 

Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO - foto 1
Ceyhun Bayramov Rusiya XİN rəsmisini Ermənistanın sülhə maneçiliyi barədə məlumatlandırdı - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO