İlham Əliyev Davosda daha bir görüş keçirdi – FOTO/VİDEO - YENİLƏNİB

İlham Əliyev Davosda daha bir görüş keçirdi – FOTO/VİDEO - YENİLƏNİB

Hazırda oxunan: İlham Əliyev Davosda daha bir görüş keçirdi – FOTO/VİDEO - YENİLƏNİB

115274

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə "CISCO" şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. 

Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini dedi. Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulandı. 
Prezident İlham Əliyev Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd etdi, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğuladı. 

Dövlətimizin başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirdi. 

Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında “CISCO” şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışıldı, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edildi. 

*** 20:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO