Ceyhun Bayramovla BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri telefonla danışıb

Ceyhun Bayramovla BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri telefonla danışıb

Hazırda oxunan: Ceyhun Bayramovla BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri telefonla danışıb
112811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və əlaqələrib gələcək perspektivlərini müzakirə ediblər.

Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar. 
Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO