BP-nin regional prezindenti İlham Əliyevi TƏBRİK ETDİ 

BP-nin regional prezindenti İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: BP-nin regional prezindenti İlham Əliyevi TƏBRİK ETDİ 

111489

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir: 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

Hörmətli cənab Prezident, 

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik arzulayıram. 

Azərbaycandakı 30 illik fəaliyyətimiz ərzində əməliyyatçısı olduğumuz dünya səviyyəli enerji layihələrinə daimi dəstəyinizə, eləcə də əməkdaşlarımızın fəaliyyətini mütəmadi şəkildə dəyərləndirərək onları təltif etdiyinizə görə Sizə təşəkkür edirəm.
Bu layihələrin gerçəkləşməsi Sizin rəhbərliyiniz və Azərbaycan hökuməti, SOCAR ilə sıx əməkdaşlıq sayəsində mümkün olmuşdur.

Bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanıram.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə və Azərbaycan xalqına firavanlıq, sülh, rifah arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO