"20 noyabr faciəsindən sonra Vətən Müharibəsi başlamalıydı"

Hazırda oxunan: "20 noyabr faciəsindən sonra Vətən Müharibəsi başlamalıydı"

106854
"20 noyabr faciəsindən sonra Vətən Müharibəsinə başlamağı təklif etmişdim. Təəssüf ki, bu təklif həyata keçmədi".

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib


Araz Əlizadə deyib ki, bu təklif həyata keçsəydi, Qarabağ münaqişəsi ayrı müstəviyə keçəcəkdi: "Artıq burada seperatçılıq söhbəti arxa plana keçəcək, Ermənistanın dövlət olaraq Azərbaycan torpaqlarını işğalı gündəmə gələcəkdi. Təəssüf ki, bu təklif həyata keçmədi.  Ayaz  Mütəllibovla danışıqlar nəticəsində Milli Şura yaradıldı ki, bunun da bizə ancaq ziyanı dəydi. Nəyin bahasına olur-olsun hakimiyyəti ələ keçirmək istəyən adamlar dövlət çevrilişi etdilər. Hakimiyyətin naşı adamların əlinə keçməsi isə bizi çox böyük fəlakətlərə sürüklədi. Şükür olsun ki, hakimiyyətdə çox qala bilmədilər, hakimiyyətlərinin ömrü cəmi bir il çəkdi".


ASDP sədri bildirib ki, 20 noyabr faciəsindən lazımı nəticə çıxarılsa, Vətən Müharibəsi təklifi reallaşsa, dövlət çevrilişləri cəhdləri olmasaydı sonrakı faciələr də baş verməzdi: "Mənə elə gəlir ki, biz hamımız şəhidlərimizin qarşısında günahkarıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO