Vaksinasiya koronavirus keçirənlər üçün təhlükəlidir? - AÇIQLANDI

Hazırda oxunan: Vaksinasiya koronavirus keçirənlər üçün təhlükəlidir? - AÇIQLANDI

24512

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi kütləvi formada aparılsa da, bəzi suallar hələ də qalmaqdadır.

Məlumdur ki, vaksinasiyanın mahiyyəti orqanizmin virus və bakteriyaları, onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin etməkdir.

Peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistem ona qarşı hazırlıqlı olur. 

Azərbaycanda COVID-19-a yoluxan səxslərin sayı heç də az deyil. Rəsmi açıqlanan göstəricidən başqa ölkəmizdə yoluxan, amma qeydiyyata alınmayan şəxslər də var.

Xəstəlikdən sağalananlarda isə antitelin yarandığı məlumdur. Əgər bu cür şəxslərdə immunitet formalaşıbsa, onların vaksinasiya olunmasına ehtiyac varmı? Peyvənd olunmaq – yəni orqanizmə yenidən həmin virusun daxil olması həmin şəxslər üçün təhlükə hesab olunurmu?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, testin cavabı pozitiv olub, xəstəliyi keçirib, sağalan şəxslərə vaksin 6 aydan sonra vurulmalıdır: 

“Peyvənd olunuruq ki, qanda antitellər yaransın. İnsanlar xəstələnib və qanda antitellər var. Amma antitel olduğu halda da vaksin vurularsa, onun hər hansı bir ziyanı yoxdur, bununla bağlı heç bir əks göstəriş yoxdur. Bəzi insanlar test vermir, adı portala düşmür, o insanlar da vaksinasiya oluna bilər”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO