Ərdoğan-Paşinyan görüşü sülhə töhfə verə bilər - TASS

Ərdoğan-Paşinyan görüşü sülhə töhfə verə bilər - TASS

Hazırda oxunan: Ərdoğan-Paşinyan görüşü sülhə töhfə verə bilər - TASS
97661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən təkbətək danışıqları müsbət qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin yaxşılaşmasına xidmət edəcəyini və Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması prosesinə başlaya biləcəyini istisna etmir. Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - deyə məlumatda qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan sabah Praqada Ərdoğanla görüşəcək


Mənbələrin sözlərinə görə, üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır. Onların fikrincə, bunu tam olaraq Ərdoğanla Paşinyan arasında gələcək danışıqlara aid etmək olar.

Bundan əvvəl mətbuatda Türkiyə prezidentinin oktyabrın 6-da Praqada ilk dəfə Ermənistanın baş naziri ilə görüşəcəyi barədə məlumat yayılmışdı.

Gözlənildiyi kimi, tərəflərin danışıqları Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO