"Azərbaycan vətəndaşları Ermənistandan keçməklə Naxçıvana gedə biləcək" - Overçuk

Hazırda oxunan: "Azərbaycan vətəndaşları Ermənistandan keçməklə Naxçıvana gedə biləcək" - Overçuk
96594
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin keçilməsi məsələsində Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü nəzərə almaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun Rusiyadan olan həmsədri Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib. 

Onun sözlərinə görə, bütün razılaşmalar o cümlədən bu amil nəzərə alınmaqla qurulur. 

Overçuk qeyd edib ki, nəqliyyat əlaqələrinin açılması bütün tərəflər üçün birmənalı olaraq müsbətdir: 

“Azərbaycan vətəndaşları Ermənistan ərazisindən keçməklə Naxçıvana və geriyə hərəkət imkanı əldə edəcəklər. Ermənistan isə nəhayət, Azərbaycan Respublikası ərazisindən vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin Rusiyaya, İrana, Orta Asiyaya və geriyə sərbəst hərəkəti imkanı əldə edəcək” 

Overçukun sözlərinə görə, bu qarşılıqlı hərəkət, ticari və humanitar əlaqələrin inkişafı və nəhayət, Cənubi Qafqaz regionunda uzunmüddətli yaraları sağaltmağa başlamağa imkan verəcək. 
“Biz bunun baş verməsi üçün çalışırıq”, - deyə rusiya Baş nazirinin müavini sözlərinə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO